Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Kiyevə kütləvi raket zərbələri endirilib –

User 15 İyun 2026 - 08:20 (Last updated: 15 İyun 2026 - 07:42)
kiyev huc

Rusiya ordusu iyunun 15-ə keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir.

AZƏRTAC-ın verdiyi məlumata görə, hava hücumu zamanı zərbə dronları və müxtəlif tipli raketlərdən istifadə olunur.

Kiyevdə hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.

Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında yazıb ki, zərərsizləşdirilən dronun qalıqları Obolon rayonunda avtomobillərin yanmasına səbəb olub.

Hazırda Kiyevin Vinoqradar, Nivki, Obolon və Svyatoşin ərazilərində enerji verilişi dayandırılıb. Enerji infrastrukturlarına ziyan dəydiyi qeyd edilir.

Şevçenko rayonunda 30 dəqiqədən az müddət ərzində mülki infrastruktura beş zərbə dəyib.

Bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, 25 mərtəbəli yaşayış binası dağılıb, bazar və mağazada yanğın baş verib.

Peçersk rayonunda beşmərtəbəli yaşayış binası zədələnib. Obolon rayonunda isə yaşayış binasının üçüncü və dördüncü mərtəbələrində dağıntılar qeydə alınıb.

Solomenski rayonunda doqquzmərtəbəli yaşayış binasında da dağıntılar var.

Mer bildirib ki, paytaxtın şimal hissəsində 140 min abonent elektrik enerjisiz qalıb. Hücum nəticəsində elektrik xətləri zədələnib.

Həmçinin Kiyev Peçersk Lavrası ərazisində yanğın baş verib.

Tibb xidmətlərinin məlumatına görə, Kiyevdə 8 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə hadisə yerində tibbi yardım göstərilib.

Hazırda hava hücumu siqnalı davam edir.

02:31

 

AzPost.az

Post navigation

Previous: BMT Baş katibi ABŞ və İranı təbrik etdi
Next: Səhər yeməyində yumurta yemək faydalıdır?

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.