Səhər yeməyində yumurta yemək faydalıdır?– Alimlərdən yeni nəticələr

Yumurta

Səhər yeməyində yumurta istehlakı uzun illərdir müzakirə mövzusudur. Bir vaxtlar yüksək xolesterin səbəbindən ehtiyatla yanaşılan yumurta son illərdə aparılan tədqiqatlarda yenidən sağlam qidalar siyahısında ön sıralara çıxıb.

Azpost.info bildirir ki, ABŞ-ın məşhur Harvard T.H. Chan School of Public Health məktəbinin mütəxəssisləri bildirirlər ki, sağlam insanlarda gündə bir yumurta istehlakı ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırmır. Yumurta yüksək keyfiyyətli zülal, B12 vitamini, D vitamini və xolinlə zəngindir.

Dietoloq Valter Villett qeyd edir ki, insanların ümumi qidalanma tərzi bir məhsuldan daha vacibdir. Onun sözlərinə görə, yumurtanı tərəvəz və tam taxıl məhsulları ilə birlikdə yemək daha faydalıdır.

Maraqlıdır ki, Yaponiya dünyanın ən çox yumurta istehlak edən ölkələrindən biri olsa da, burada insanların orta ömür uzunluğu da ən yüksək göstəricilər sırasındadır.

Mütəxəssislər bildirirlər ki, şəkərli və yüksək kalorili səhər yeməkləri ilə müqayisədə yumurta daha uzun müddət toxluq hissi yaradır və gün ərzində əlavə kalori qəbulunu azalda bilər.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.