Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qadınlar üçün sahibkarlıq mövzusunda təlim təşkil olunub

User 14 İyun 2026 - 23:45 (Last updated: 15 İyun 2026 - 11:54)
qht davamli

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi ““Qadınların özünüməşğulluq imkanlarının artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində 10 – 11 iyun 2026-cı il tarixlərində Şabran rayonunda “Qadınların sahibkarlıq və sosial bacarıqlarının artırılması” mövzusunda 2-günlük təlim keçirilib. Təlimdə öz maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə kiçik biznes qurmaq istəyən 15 nəfər qadın iştirak edib.

Tədbir Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin sədri və layihənin rəhbəri Fərrux Əgərovun giriş sözü ilə başlayıb. O, iştirakçıları salamlayaraq layihənin məqsədi və vəzifələri haqqında qısa məlumat verib və təlimin işinə uğurlar arzulayıb.

Layihənin təlimçisi Sədaqət Qəmbərova ilk öncə təlimin məqsədini və proqramını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra təlimçi proqrama uyğun olaraq biznesə başlamaq üçün zəruri addımlar, şəxsi və peşəkar həyatda inkişafa dair təqdimatlarla davam edib. Iştirakçılar biznes ideya tapmaq və onu inkişaf etdirmək, bazar araşdırması aparmaq, biznes plan hazırlamaq və maliyyə strategiyaları qurmaq kimi mövzularla tanış olub. Bundan əlavə qadınlara istər sahibkarlıq, istərsə də digər fəaliyyət sahələrində uğur qazanmaq üçün zəruri olan şəxsi inkişaf, “yumşaq bacarıqlar” hesab edilən səmərəli ünsiyyətin qurulması, mübahisələrin həlli, vaxtın effektiv idarə olunması, işgüzar əməkdaşlığın yaradılması mövzusunda sessiyalar təqdim edilib.

Təlim ərzində iştirakçılar praktiki tapşırıqları yerinə yetirərək sahibkarlığın ilkin şərtlərinə dair test suallarını cavablandırılıb. Cavabların təhlilinə görə, bu təlimə qədər qadınların yalnız 6 nəfəri öz biznesini yaratmaq barədə düşünüb, amma bu sahədə kifayət qədər peşəkar bilik və təcrübəyə malik olmadıqlarını bildirib. Qadınların əksəriyyəti (11 nəfər) sahibkarlıqla bağlı qanunvericiliyin tələbləri barədə məlumatsızdır. Müsbət haldır ki, onların əksəriyyətinin (11 nəfər) biznes qurmaq ideyası ailələri tərəfindən dəstəklənir.

Digər praktiki tapşırıq SWOT- təhlil metodu ilə şəxsi inkişafın ilkin şərti olan özünüqiymətləndirmə ilə bağlı idi. Iştirakçıların dediyinə görə bu, özünüqiymətləndirmə ilə bağlı onların ilk təcrübəsi idi. Müşahidəmizə görə, iştirakçılar özlərini real və obyektiv qiymətləndirməkdə çətinlik çəkirdilər. Onlar öz üstün cəhətləri kimi məsuliyyətli olduqlarını, liderlik xüsusiyyətlərini, vəziyyətə tez adaptasiya ola bilmək və s. keyfiyyətləri qeyd etmişlər. Onların ən zəif cəhətləri özünəinamın olmaması, stressə düşmək, səbirsizlik, vaxt məhdudiyyəti, riskə getmək bacarığının olmamasıdır. Vergilərin artma bilmə ehtimalı biznesə əsas təhdid kimi qiymətləndirilib.

Təlim zamanı müzakirə və sual-cavab metodundan daha çox istifadə edildi. Bu zaman iştirakçılar mövzularla bağlı öz fikir və ideyalarını paylaşdılar. Onlar onlayn biznesdə maraqlı olduqlarını bildirdilər, çünki bu onlara ailə qayğıları ilə yanaşı, əlavə gəlir əldə etmək üçün vaxtı idarə etməyə imkan yaradardı. Amma, iştirakçı xanım Günay Mədətova rəqəmsal alətlərdən istifadə ilə bağlı daha ətraflı məlumata və təlimlərə ehtiyacları olduğunu bildirdi. Günay Mirzəyeva isə dizayn proqramlarını öyrənmək istədiyini söylədi. Iştirakçılar onu da qeyd etdilər ki, əlavə bilik və məlumat almaq üçün təklif olunan kurslar çox bahalıdır. Buna görə də dövlət tərəfindən dəstəklənən belə layihələr əhəmiyyətlidir.

İştirakçılardan Təranə Niftəliyeva, Şəbnəm Səfərəliyeva, Sevinc Axundova, Günay Mədətova, Məfruqə Rəhmanova və digərləri müzakirələrdə daha fəal iştirak edib.

Fotolar

AzPost.az

Post navigation

Previous: Davranış pozuntularından əziyyət çəkən uşaqlar üçün təlim keçirilib
Next: Prezident İlham Əliyev Donald Trampı təbrik etdi

Oxşar xəbərlər

yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20
adsea04
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34

xƏBƏR

yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
Fastfudun istehlakı üçün hamı üçün keçərli olan təhlükəsiz tezlik yoxdur. Çünki sağlamlıq riskləri seçilən məhsuldan, onun miqdarından...
Read more about Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı
ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36
Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma? tramp reytniq
  • Dünya

Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?

User 06 Noyabr 2026 - 20:00
Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi rutte
  • Dünya

Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi

User 06 Noyabr 2026 - 19:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.