Ukrayna müharibəsində tərəflərdən hər hansı birinin tam qələbə qazanması ehtimalı azdır.
Bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
“Ümid etmək lazımdır ki, bu müharibə başa çatacaq. Lakin Ukraynanın bütün ərazilərini geri qaytara bilməsi çətin görünür.
Mümkün razılaşma çərçivəsində Ukraynanın hansı şərtləri qəbul etməyə hazır olması yalnız onun öz qərarıdır. Ukrayna xalqı adından belə bir qərarı yalnız Zelenski və onun hökuməti verə bilər.
Bu cür müharibələr həmişə sülh sazişi ilə başa çatır və bu, çox vaxt kompromisə getməyi nəzərdə tutur”, – deyə Rutte qeyd edib.
