Türkiyə ABŞ-ın təzyiqi səbəbindən İran üzərindən Türkmənistandan qaz idxalını dayandırmağa məcbur olub.
Azpost.info-nun məlumatına görə, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib. Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Ankara 2025-ci ilin martında İranın infrastrukturundan istifadə etməklə Türkmənistandan qaz almağa başlayıb. Bu, ildə 1,3 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan razılaşma çərçivəsində həyata keçirilirdi.
Türkiyənin qaz idxalçısı olan “Botaş” şirkətinin bu sxem üzrə idxal lisenziyası 2033-cü ilədək qüvvədə olmalı idi.
Aşqabad 2025-ci ilin oktyabrında qaz tədarükünü dayandırıb. Həmin vaxt Türkmənistan tərəfi iki ölkə arasında qısamüddətli müqavilənin olduğunu və qazın həcmi, yaxud qiyməti ilə bağlı razılaşma olmadan Ankaraya tədarükün mümkün olmadığını bildirib.
Bayraktar bu ilin əvvəlində İran üzərindən Türkmənistandan qaz idxalının bərpa olunacağını açıqlasa da, bu planlar həyata keçməyib.
