ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D. Vensin 19 iyunda Avropada İran sazişlərini imzalayacağını açıqlayıb və mərasimdə özünün də iştirakının mümkünlüyünü bildirib.
Onun sözlərinə görə, əvəlcədən Vensin sənədi imzalayacağı müəyəynləşib.
“Bu, işlərin necə inkişaf etməsindən asılı olacaq. Vens orada olacaq. Yəqin ki, o vaxta qədər gedəcəyəm. Bəlkə də iştirak edərəm, bəlkə də yox”, – Tramp Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə bildirib.
O, həmçinin əlavə məlumat vermədən sazişin mətninin tezliklə dərc olunacağını bildirib.