ABŞ-da İrana zərbələr endirmək üçün 9 noyabr tarixində potensial əlverişli şəraitin yarana biləcəyi bildirilib.
Bu barədə “Fox News” yüksək vəzifəli amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını müzakirə edib. Ağ Evdə bununla bağlı müşavirələr çərşənbə və cümə axşamı günləri keçirilib.
Oval kabinetdə jurnalistlərlə söhbət edən Tramp bildirib ki, Vaşinqton İranın nüvə proqramını dayandırmaq məqsədilə növbəti zərbələrin endirilməsi ilə bağlı qərar qəbul edəcək.
“İmkan daxilində ölkənin qalan hissəsini dağıtmamağa üstünlük verərdim. Lakin ola bilsin ki, bunu etməli olacağam. Bunu çox yaxında öyrənəcəksiniz”, – deyə prezident bildirib.
“Fox News”un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranda genişmiqyaslı əməliyyatların mümkün bərpası üçün hazırlıqları yekunlaşdırır. Lakin hələlik Vaşinqtondan bununla bağlı yeni əmr almayıb.
N.Talıblı
