Ukrayna Moskvaya PUA-larla hücumu etdi –Hava limanları bağlandı, neft zavodu vuruldu

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib.

Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 60 PUA-nın vurulduğunu bildirib. O Moskvanın ən böyük neft emalı zavodunun vurulduğu deyib.

Yerli teleqram kanalları Moskvadakı Kapotnya neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verdiyini yazıb.

Rosaviasiya Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin enişini və uçuşunu müvəqqəti olaraq dayandırıb.

Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində Rusiya regionları, Azov dənizi və Qara dəniz üzərində 172 dron vurub.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.