ABŞ və İran arasında sazişin imzalanacağı məkan açıqlandı

ABŞ və İran arasında Yaxın Şərqdəki müharibəyə son qoymaq məqsədi daşıyan saziş cümə günü İsveçrənin Bürgenştok dağ kurortunda imzalanacaq.

Azpost.info bildirir ki, bu barədə AFP məlumat yayıb.

İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “İmzalanma hazırda 19 iyun cümə günü Bürgenştokda planlaşdırılır”.

İsveçrənin mərkəzindəki Lüsern gölünün üstündə yerləşən lüks kurort üç tərəfdən su ilə əhatə olunduğu üçün ora getmək çətindir və bu da onu qorumağı asanlaşdırır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.