Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib

User 19 İyun 2026 - 22:44 (Last updated: 19 İyun 2026 - 22:44)
zelenski polsa prez

Polşa Prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan Ağ Qartal Ordenindən məhrum edib.

Bu barədə “Gazeta Wyborcza” Polşa Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.

Navrotski bəyanatında bildirib ki, “Polşa-Ukrayna münasibətlərində keçilməməli olan sərhədlər mövcuddur”.

Polşa lideri videomüraciətində qeyd edib ki, prezident ölkənin ən ali dövlət mükafatının nüfuzunu və şərəfini qorumağa borcludur.

“Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin müstəqil xüsusi əməliyyatlar mərkəzlərindən birinə “UPA qəhrəmanları” adının verilməsinə razılıq verməsindən sonra Şura ilə məsləhətləşərək onu Ağ Qartal Ordenindən məhrum etmək qərarı qəbul etdim”, – deyə Navrotski vurğulayıb.

Məlumata əsasən, Navrotski hələ may ayında Zelenskinin bu mükafatdan məhrum edilməsini təklif etmişdi.

AzPost.az

Post navigation

Previous: “Səhər yeməyi çox vacibdir” –
Next: Nağd pul dövrü başa çatır?

Oxşar xəbərlər

ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48

xƏBƏR

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda əməkhaqlarının artımı bütün sahələrdə eyni templə getmir. Bəzi iqtisadi fəaliyyət istiqamətlərində çalışanların orta aylıq gəliri 3-4...
Read more about Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.