Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ədliyyə Nazirliyi ilə BDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

User 23 İyun 2026 - 16:28 (Last updated: 23 İyun 2026 - 16:28)
JA7A8268 (1).jpg

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə Azpost.info-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində kadrların hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat, fizika, kimya, biologiya, ekologiya və torpaqşünaslıq, coğrafiya, filologiya, geologiya və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmək imkanı əldə edəcəklər, həmçinin müvafiq sahələr üzrə ekspertlərin hazırlanmasına yönəlmiş xüsusi təlim proqramları həyata keçiriləcək. Eyni zamanda, məhkəmə-xətşünaslıq ekspertizası, məhkəmə-müəllifşünaslıq ekspertizası, məhkəmə-bioloji ekspertizası, sənədlərin texniki ekspertizası, materialların məhkəmə ekspertizası, məhkəmə-psixoloji ekspertiza, məhkəmə-ballistik ekspertizası, məhkəmə-trasoloji ekspertizası, audio və videoyazıların məhkəmə ekspertizası və məhkəmə-linqvistik ekspertizası sahələri üzrə birgə elmi layihələrin və ixtisasartırma proqramlarının reallaşdırılması nəzərdə tutulur.

Memorandum, həmçinin məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və təcrübə arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.

İmzalanma mərasimindən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndə heyəti BDU-nun müasir infrastukturu, muzeyləri və Elmi Kitabxanası ilə tanış olub.

Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.

 

 

AzPost.az

Post navigation

Previous: “Təhsil nazirinin iddialarının arxasında fakt yoxdur” –
Next: Bu avtobus marşrutları müsabiqəyə çıxarıldı –

Oxşar xəbərlər

pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.