“Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır” –Putindən açıqlama

“Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır“.

Azpost.info bildirir ki, bu barədə Rusiya prezidenti Putin bəyan edib.

Putin bildirib ki, Rusiya 2022-ci ilin yazında İstanbulda əldə edilən razılaşmalara, “Ankoricdə müzakirə edilən üsullara” və reallıqlara əsaslanaraq Ukrayna ilə sülh danışıqlarına hazırdır.

Putin əlavə edib ki, Ukrayna özü sülh danışıqlarını dayandırıb. Rusiya prezidenti deyib ki, Rusiyaya qarşı zərbələr Kiyev üçün danışıqlara qayıdış üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, İstanbul razılaşmalarında Ukraynanın daimi neytral statusu, NATO-ya qoşulmaqdan imtinası, Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlər, xarici hərbi bazaların yerləşdirilməsinə qadağa və Krımla bağlı ayrıca danışıqlar nəzərdə tutulurdu. Bundan əlavə, Moskva Ukrayna ordusunun əhəmiyyətli dərəcədə azaldılmasında və Qərbin Kiyevə hərbi yardım göstərmək hüququnda israr edirdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.