Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Sabir Rüstəmxanlının 80 illik yubileyi Xətai rayonunda da qeyd edildi

User 24 İyun 2026 - 13:58 (Last updated: 24 İyun 2026 - 13:58)
WhatsApp Image 2026-06-24 at 12.09.36

Xalq şairi, görkəmli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 80 illik yubiley tədbirləri çərçivəsində növbəti görüş Bakı şəhəri Xətai rayonundakı Heydər Əliyev Parkındakı amfiteatrda baş tutdu.

Şairin, ictimai-siyasi xadimin xalqla bu məkandakı təmasını Xətai rayon icra hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi təşkil etmişdi.

Anşlaqla və Sabir Rüstəmxanlının şeirlərinin, şeirlərinə bəstələnən mahnıların müşayiəti ilə keçirilən tədbir görüşə təşrif buyuranların çox marağına səbəb oldu. Xətai rayon icra başçısı Rafiq Quliyevin ev sahibi kimi çıxışından start götürən görüş-tədbir millət vəkillərinin, şair və yazıçıların Sabir bəy haqqında xatirələri ilə davam etdi. Millət vəkilləri Fəzail İbrahimli, Vüqar Rəhimzadə şairi 80 illik yubileyi münasibətilə təbrik edib onun çoxşaxəli yaradıcılığı haqqında danışdılar. Məlum oldu ki, görüş üçün Xətai rayonunun seçilməsi də təsadüf deyil. Çünki Sabir Rüstəmxanlı hələ gənclik yaşlarından uzun illər bu rayonun sakini olmuş və Milli Məclisə ilk dəfə namizədliyini də bu rayondan irəli sürərək böyük səs çoxluğu ilə deputat seçilmişdir.

Sonra çıxış edən türkçü şair Rüstəm Behrudi və ədəbi tənqidçi Əsəd Cahangir də şairin həyat və yaradıcılıq yolundan söz açdılar, şeirlər səsləndirdilər.

Tədbirdə yaddaqalan anlardan biri də “İncilər” rəqs qrupunun gənc oğlanların əllərində qılınc oynatmaqla yubilyarın sözlərinə cəngi üstündə bəstələnmiş “Ulu babam Rüstəmxanın Alapaça atı varmış” şeirinin ifası olub. Musiqi nömrələri ilə çıxış edən əməkdar artistlər Vasif Məhərrəmli, Ramal İsrafilov və digər ifaçıların da çıxışları maraqla qarşılanıb.

Yubilyara Qazaxıstandan, Türksoy tərəfindən təsis edilmiş “Abay Beynəlxalq akademiyasının qızıl medalı” təqdim edildi.

Tədbirin sonunda Sabir Rüstəmxanlı çıxış edərək keçdiyi həyat yolu və yaradıcılığı ilə bağlı bir sıra məqamlardan danışdı və onun üçün doğma olan Xətai rayonunda bu təntənəli görüş-tədbiri düzənləyənlərə təşəkkür etdi.

Azpost.info

AzPost.az

Post navigation

Previous: İki tanınmış şəxsin rəhbəri olduğu şirkət AQC üzvü oldu
Next: Ukrayna Krımda iki hərbi aerodromu bombaladı –

Oxşar xəbərlər

herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
44 filmi teqdimat
  • Mədəniyyət

Bakıda “44” bədii filminin premyerası olub

User 13 Oktyabr 2026 - 10:00
entiq mallar
  • Mədəniyyət

Evdəki köhnə əşyalar pul gətirə bilər

User 11 Oktyabr 2026 - 18:00

xƏBƏR

anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paketin hansı ödənişləri əhatə edəcəyi...
Read more about Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı
Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.