“Paşinyan demaqoqluq edir…” –Rusiya XİN-dən İrəvana sərt mesaj

Trampın Qafqaz
Trampın Qafqaz

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirəni demaqogiyaya yönəldir.

Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində deyilir.

O, qeyd edib ki, Baş nazir Nikol Paşinyanın 25 iyunda Ermənistan hökumətinin iclasında, eləcə də iclasdan sonra jurnalistlərlə söhbəti zamanı verdiyi açıqlamaları nəzərdən keçiriblər. “Aydındır ki, Ermənistan baş naziri İrəvanın KTMT-də iştirakının sözdə dondurulması ilə bağlı etdiyi kimi, müzakirəni demaqogiyaya yönəldir”.

Zaxarova deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa Birliyi arasında strateji seçimi məsələsinə mümkün qədər tez cavab verməlidir: “Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin 29 may tarixində Astanada qəbul etdiyi bəyanatda İrəvanın Aİ ilə yaxınlaşma kursunun AİB üzv dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı açıq şəkildə bildirilir. Sənəddə AİB üzv dövlətlərinə dəyən zərərin qarşısının alınmasının vacibliyi vurğulanır”.

“Buna görə də, Nikol Paşinyan İrəvanın strateji seçimi ilə bağlı suala cavab verməlidir. Mümkün qədər tez”-deyə XİN sözçüsü vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.