Zaqatalada çayda köməksiz qalan 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.