Küçədə güllələnən Amaliya Qəhrəmanovanın ölümü ilə bağlı daha bir təfərrüat məlum olub.
O, iş yerinin qarşısında qətlə yetirilib.
Belə ki, 44 yaşlı qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş.
Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.
Qeyd olunub ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış. /Oxu.az/