Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Astarada inklüzivlik üzrə təlimlər və psixoloji dəstək seminarı keçirilib

User 09 İyul 2026 - 17:50 (Last updated: 14 Sentyabr 2026 - 12:53)
qht psix01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən “İnklüziv şəhərlər üçün təşəbbüslər” layihəsi çərçivəsində 2–3 iyul 2026-cı il tarixlərində Astara şəhərində inklüzivlik üzrə təlimlər və psixoloji dəstək seminarı keçirilib. İki gün ərzində tədbirlərdə ümumilikdə 40 nəfər iştirak edib.

“İnklüziv şəhərlər üçün təşəbbüslər” layihəsinin əsas məqsədi gənclər arasında inklüziv dəyərlərin təşviqi, fərqli sosial qrupların qarşılıqlı anlaşmasının gücləndirilməsi və sosial ədalətə əsaslanan fəaliyyətlərin dəstəklənməsidir. Layihə əlilliyi olan və əlilliyi olmayan gənclərin birgə öyrənməsi və fəaliyyəti vasitəsilə stereotiplərin aradan qaldırılmasına və inklüziv düşüncənin yayılmasına xidmət edir.

Təlimlər Astara Gənclər Evində təşkil olunub və əlilliyi olan gəncləri, gənc liderləri, müəllimləri, psixoloqları və müxtəlif təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib.

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova 2 iyul tarixində əlilliyi olan və əlilliyi olmayan gənclərdən ibarət qrup üçün “Heç kim kənarda qalmasın: Birlikdə dəyişən gənclər” adlı təlim keçirib. 3 iyul tarixində isə o, psixoloqlar, müəllimlər və təhsil mütəxəssisləri üçün “Müasir İnklüziv Təhsil” mövzusunda təlim keçirib.

İyul 2-də inklüzivlik təlimi ilə paralel olaraq, Astara rayon Mərkəzi Xəstəxanasının psixoloqu Fərrux Əliyev tərəfindən əlilliyi olan gənclərin valideynləri və digər maraqlı şəxslər üçün psixoloji dəstək seminarı keçirilib. Seminar zamanı iştirakçılarla “Xüsusi qayğıya ehtiyacı olan uşaqla ünsiyyət”, “Psixoloji dözümlülük”, və “Stress idarəetməsi və emosional tükənmə” mövzularında fikir mübadiləsi aparılıb və iştirakçılara praktik tövsiyələr verilib.

Həm gənclər, həm də müəllim və təhsil mütəxəssisləri mövzuya böyük maraq göstərib və inklüzivlik ideyalarının bütün maraqlı tərəflər arasında yayılmasına ehtiyac olduğunu vurğulayıblar.

Təlimdə iştirak edən gənclər, müəllimlər və müxtəlif təhsil müəssisələrinin nümayəndələri təhsil icması üzvlərini bir araya gətirəcək könüllülər şəbəkəsinin yaradılmasında maraqlı olduqlarını bildiriblər. Belə bir şəbəkə regionda inklüzivlik ideyalarının yayılmasına və qabaqcıl təcrübələrin mübadiləsinə xidmət edəcək.

Layihə komandası əmindir ki, həyata keçirilən fəaliyyətlər inklüzivlik sahəsində yeni yerli təşəbbüslərə təkan verəcək və inklüziv cəmiyyət quruculuğuna davamlı töhfə verəcək.

 

AzPost.az

Post navigation

Previous: Məşhur müğənni Bonni Tayler vəfat edib
Next: Zaqatalada çayda köməksiz qalan 5 nəfər xilas edilib

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.