Endi Bernam Britaniyanın yeni Baş naziri olacaq

Endi Bernam Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni lideri seçilib.

Bu barədə Birləşmiş Krallıqda hakim partiyanın xüsusi konfransında partiyanın Milli İcraiyyə Komitəsinin rəhbəri Şabana Mahmud elan edib. Tədbir Sky News telekanalı tərəfindən canlı yayımlanıb.

Leyboristlər Partiyası hazırda hakimiyyətdə olduğu üçün 56 yaşlı siyasətçi eyni zamanda Böyük Britaniyanın yeni baş naziri olacaq. O, bu vəzifədə istefa vermək qərarı alan Kir Starmeri əvəz edəcək.

Məlumata görə, Dauninq-stritdə rəhbərliyin rəsmi dəyişməsi 20 iyul tarixinə planlaşdırılıb.

Leyboristlər Partiyasının lideri postuna namizədlərin irəli sürülməsi prosesi 15 iyul tarixində başa çatıb. Lakin Böyük Mançesterin sabiq meri Endi Bernamdan başqa heç bir siyasətçi namizədliyini irəli sürməyib.

Bernamın namizədliyini Leyboristlər Partiyasından olan 403 deputatdan 369-u, eləcə də partiya ilə əlaqəli bütün həmkarlar ittifaqları dəstəkləyib.

Beləliklə, Endi Bernam alternativ namizəd olmadan Leyboristlər Partiyasının lideri seçilib. Britaniya mətbuatı bu prosesi siyasi terminologiyada “tacsız seçki” və ya “koronasiya” kimi xarakterizə edir, yəni o, rəqibsiz şəkildə partiya rəhbərliyinə gətirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.