Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp:

User 20 İyul 2026 - 10:54 (Last updated: 20 İyul 2026 - 10:54)
tramp iran

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı strategiyası ilə bağlı sərt bəyanat verib. O bildirib ki, ABŞ artıq əvvəlki kimi yalnız Tehranın fəaliyyətini məhdudlaşdırmağa çalışmır, daha genişmiqyaslı məqsəd qarşıya qoyub.

Azpost.info bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.

Trampın sözlərinə görə, əvvəllər ABŞ-ın əsas məqsədi İranı müəyyən imkanlar əldə etməkdən çəkindirmək idi. Lakin hazırda yanaşma tamamilə dəyişib. “Biz artıq sadəcə qarşısını almağa çalışmırıq. Bu məsələyə birdəfəlik son qoyuruq”, – deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun hazırkı siyasəti İranın nüvə raketi hazırlamaq imkanını tamamilə aradan qaldırmağa yönəlib. Tramp əlavə edib ki, hərbi əməliyyatların başlamasından təxminən bir yarım–iki həftə sonra İranın bu istiqamətdəki fəaliyyəti dayandırılıb. Bununla belə, o, bu fikrin qəti təsdiqlənməsi ilə bağlı ehtiyatlı danışıb.

ABŞ və İran arasında gərginlik artır

Xarici medianın məlumatına görə, son hadisələr ABŞ və İran arasında münasibətləri daha da gərginləşdirib. Atəşkəs cəhdlərinin nəticəsiz qalmasından sonra tərəflər strateji obyektlərə qarşı qarşılıqlı zərbələri davam etdirirlər.

Məlumata əsasən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hava hücumundan müdafiə radarlarına, silah anbarlarına və sahil müşahidə obyektlərinə zərbələr endirib. Buna cavab olaraq İranın Küveytdəki infrastruktur obyektlərini və tikilməkdə olan atom elektrik stansiyasını hədəfə aldığı, həmçinin İordaniya üzərində raketlərin vurulduğunu açıqladığı bildirilir.

Pentaqonda resurs çatışmazlığı iddiası

Məlumatlarda qeyd olunur ki, ABŞ ordusu Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artırsa da, administrasiyadakı bəzi mənbələr sursat və digər hərbi resursların çatışmazlığından narahat olduqlarını bildirirlər.

Bəzi hərbi ekspertlər isə İran ərazisinə mümkün quru əməliyyatının böyük risk daşıdığını hesab edirlər. Onların fikrincə, Hörmüz boğazı ətrafında genişmiqyaslı hərbi əməliyyatlar ABŞ qüvvələrini ciddi təhlükə ilə üz-üzə qoya bilər.

Məlumatlara görə, hərbi qarşıdurmanın əvvəlindən ABŞ ordusunda 18 hərbçi həlak olub, 430-dan çox əsgər yaralanıb. Bu səbəbdən Pentaqon regional bazaların təhlükəsizliyi ilə bağlı açıq brifinqləri müvəqqəti dayandırıb.

AzPost.az

Post navigation

Previous: İyunda əlilliyə görə 244 min 839 nəfər pensiya alıb
Next: Bakıda pul daşıyan poçt vaqonu necə qarət edildi? –

Oxşar xəbərlər

putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02

xƏBƏR

putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
Diplomatik mənbələr The Telegraph qəzetinə bildiriblər ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələrini cəlb etməkdə məqsədi...
Read more about Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.