Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib.
Bu barədə “Tasnim” xəbər verir.
Bəyanatda tərəflərin regionda sülh və təhlükəsizlik də daxil olmaqla, dörd regional ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı general Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Tehranda İran rəsmiləri ilə görüşüb.
