Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Kosmosda ilk dəfə insanın rentgeni çəkildi

User 22 İyul 2026 - 08:24 (Last updated: 22 İyul 2026 - 08:14)
kosmos

Yerə yaxın orbitdə tibb sahəsində tarixi əhəmiyyət daşıyan eksperiment uğurla başa çatıb. Alimlər tarixdə ilk dəfə insanın rentgen görüntülərini birbaşa kosmosda əldə ediblər. Sınaqlar göstərib ki, kompakt rəqəmsal rentgen avadanlığı mikroqravitasiya şəraitində də effektiv işləyə bilir.

Azpost.info bildirir ki, bu barədə RSNA məlumat yayıb.

Eksperiment Fram2 kosmik gəmisinin üç gün yarım davam edən qütb missiyası zamanı həyata keçirilib. Ekipaj üzvləri uçuşdan əvvəl Yer üzərində sınaqdan keçirilmiş adi portativ kommersiya rentgen sistemindən istifadə ediblər.

Maraqlıdır ki, astronavtların xüsusi tibbi təhsili olmayıb. Onlar kosmosa yollanmamışdan əvvəl cəmi dörd saatlıq qısa təlim keçiblər və bundan sonra orbitdə rentgen prosedurunu müstəqil şəkildə yerinə yetiriblər.

Əldə olunan görüntülər missiyadan əvvəl Yer üzündə çəkilmiş nəzarət rentgenləri ilə müqayisə edilib. Təhlillər göstərib ki, kosmosda çəkilən rentgen şəkillərinin keyfiyyəti demək olar ki, Yer üzündə alınan görüntülərlə eynidir. Mütəxəssislər kontrast və görüntü aydınlığında ciddi fərq qeydə almayıblar.

Yeganə çətinlik mikroqravitasiya şəraitində xəstənin bədəninin, xüsusilə də gövdə nahiyəsinin düzgün vəziyyətdə saxlanılması olub.

Rentgen cihazı texniki yoxlamada da istifadə edildi

Portativ rentgen aparatı təkcə ekipaj üzvlərinin müayinəsi üçün deyil, həm də kosmik gəmidəki bəzi avadanlıqların daxili quruluşunu sökmədən yoxlamaq məqsədilə istifadə olunub.

Missiya başa çatdıqdan sonra cihaz Yerə qaytarılıb. Atmosferin sıx qatlarından keçərkən cüzi xarici zədələr alsa da, tam işlək vəziyyətdə qalıb.

Ay və Mars missiyaları üçün mühüm addım

Mütəxəssislər bildirirlər ki, gələcəkdə Aya və Marsa planlaşdırılan uzunmüddətli ekspedisiyalar zamanı astronavtların sınıq, çat və digər xəsarətlərin operativ diaqnostikası üçün etibarlı görüntüləmə sisteminə ehtiyacı olacaq.

İndiyədək orbitdə istifadə edilən yeganə tibbi görüntüləmə üsulu ultrasəs müayinəsi idi. Rentgen texnologiyasının tətbiqi kosmik tibbin imkanlarını xeyli genişləndirəcək.

Bununla belə, alimlər qeyd edirlər ki, bu texnologiyanın müntəzəm istifadəsi üçün mikroqravitasiya şəraitində insan bədəninin sabit vəziyyətdə saxlanılmasına imkan verən yeni protokolların hazırlanması hələ də vacibdir.

Nadir Talıbov

AzPost.az

Post navigation

Previous: 150+1: Azərbaycan mətbuatı:
Next: Alimlər sirri açıqladı:

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

kart bank
  • Sosial

Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar

User 12 Noyabr 2026 - 10:27
Bu gün bir çox insan maaşını, pensiyasını, gündəlik xərcləri üçün nəzərdə tutduğu vəsaiti bank kartında saxlayır. Kart...
Read more about Kartda çoxlu pul saxlamaq təhlükəlidir? – Müştərinin bilməli olduğu vacib məqamlar
Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə 60 yaşdan yuxarı
  • Sosial

60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə

User 12 Noyabr 2026 - 10:00
Soyuq havalarda hansı xəstəliklər artır? Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır? bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.