Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib

User 22 İyul 2026 - 13:03 (Last updated: 22 İyul 2026 - 13:03)
EFDI

Əmanətlərin Sığortalanması Fondunun (Fond) rəsmiləri Rumıniyanın Buxarest şəhərində keçirilmiş Avropa Əmanət Sığortaçıları Forumunun (European Forum of Deposit Insurers – EFDI) 2026-cı il üzrə illik görüşündə iştirak edib.

İllik görüş çərçivəsində təşkil olunmuş İnvestisiyaların Sığortalanması Mexanizmi (İSM) üzrə beynəlxalq konfransda panelist qismində çıxış edən Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin direktoru Cəlal Rayi investisiyaların sığortalanması mexanizmlərinin yaradılmasının əhəmiyyəti, yeni təsis olunan İSM-lərin formalaşdırılması zamanı qarşıya çıxan institusional və hüquqi çağırışlar, eləcə də bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mövqeyini ifadə edib.

Panel Kanadanın İnvestorların Qorunması Fondunun vitse-prezidenti Ilana Singerin moderatorluğu ilə keçirilmişdir. Müzakirələrdə ABŞ-ın Qiymətli Kağızlar üzrə İnvestor Qoruma Korporasiyasının prezidenti Michael Post, Dünya Bankının aparıcı mütəxəssisi Ana Carvajal və Qərbi Afrika kapital bazarları üzrə mütəxəssisi Ripert Bossoukpe panelist qismində iştirak ediblər.

Əmanətlərin Sığortalanması Fondunun EFDI-ın illik görüşündə təmsil olunması beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və əmanətlərin sığortalanması sahəsində institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Avropa Əmanət Sığortaçıları Forumu (EFDI) əmanətlərin sığortalanması və investorların qorunması sahəsində fəaliyyət göstərən milli qurumları bir araya gətirən, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir.

AzPost.az

Post navigation

Previous: Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Next: Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.