Transfermarkt 2026-cı il dünya çempionatının yekunlarına əsasən bazar dəyəri ən çox artan futbolçuların siyahısını təqdim edib.
Azpost.info bildirir ki, siyahıya İngiltərə millisinin və “Mançester Siti” klubunun yarımmüdafiəçisi Elliot Anderson başçılıq edir. Onun transfer dəyəri turnirdən sonra 35 milyon avro artaraq 110 milyon avroya yüksəlib.
İkinci yerdə İngiltərə millisinin ulduzu Cud Bellinqem qərarlaşıb. Onun bazar dəyəri 30 milyon avro artaraq 160 milyon avroya çatıb.
İlk üçlüyü isə Mərakeş millisinin futbolçusu Ayub Buaddi tamamlayır. Gənc yarımmüdafiəçinin dəyəri 30 milyon avro artaraq 80 milyon avro olub.
Transfermarkt-a görə dünya çempionatından sonra ən çox bahalaşan futbolçular:
- Elliot Anderson (İngiltərə) – 110 milyon avro (+35 milyon)
- Cud Bellinqem (İngiltərə) – 160 milyon avro (+30 milyon)
- Ayub Buaddi (Mərakeş) – 80 milyon avro (+30 milyon)
- Erlinq Holand (Norveç) – 220 milyon avro (+20 milyon)
- Lamin Yamal (İspaniya) – 220 milyon avro (+20 milyon)
- Kilian Mbappe (Fransa) – 200 milyon avro (+20 milyon)
- Maykl Olise (Fransa) – 170 milyon avro (+20 milyon)
- Xulian Alvares (Argentina) – 120 milyon avro (+20 milyon)
- Morqan Rocers (İngiltərə) – 110 milyon avro (+20 milyon)
- Pau Kubarsi (İspaniya) – 100 milyon avro (+20 milyon)
- Bredli Barkola (Fransa) – 90 milyon avro (+20 milyon)
- Qonsalu Ramuş (Portuqaliya) – 50 milyon avro (+20 milyon).