Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Peşə məktəblərinə qəbul başlanıb

User 23 İyul 2026 - 11:36 (Last updated: 23 İyul 2026 - 11:36)
pese mektebi

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər.

İlqar Bayramlı qeyd edib ki, abituriyentlər avqustun 5-dək ixtisas seçimi edə biləcəklər.

“Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər”, – deyə o bildirib.

O qeyd edib ki, bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq: “Həmin ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası olacaq: “Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi yer alır”.

İlqar Bayramlı bildirib ki, peşə təhsili müəssisələrində qəbul planının 74 faizi dövlət sifarişli, 26 faizi isə ödənişli əsaslarla ayrılıb: “Ödənişli əsaslarla təhsil alanlar üçün illik təhsil haqları təhsil səviyyəsindən asılı olaraq dəyişir. Belə ki, ilk peşə təhsili səviyyəsində illik təhsil haqqı 500-800 manat, texniki peşə təhsili səviyyəsində 500-1700 manat, yüksək texniki peşə təhsili səviyyəsində isə 1280-2700 manat arasında müəyyənləşdirilib”.

İlqar Bayramlı qeyd edib ki, sertifikat proqramları üzrə təhsil haqları isə 2500-6000 manat arasında dəyişir.

AzPost.az

Post navigation

Previous: Qazaxda bələdiyyə fəaliyyətinə dəstək çərçivəsində təlim keçirilib
Next: Neftçalada “yaşıl enerji” ilə bağlı növbəti təlim keçirilib

Oxşar xəbərlər

hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.