Neftçalada “yaşıl enerji” ilə bağlı növbəti təlim keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində 3-cü təlim 2026-cı il iyulun 17-də keçirilib.

“Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Neftçala rayonunda təşkil olunub.

Layihə çərçivəsində keçirilən “Günəş enerjisi: ehtiyatlar tükənməzdir” mövzusunda təlim zamanı iştirakçılara günəş enerjisinin alternativ və bərpa olunan enerji mənbəyi kimi üstünlükləri, istifadəsi və ətraf mühitə müsbət təsiri barədə ətraflı məlumat verilib.

Təlimin sonunda layihə eksperti tərəfindən iştirakçıların mövzunu mənimsəmə səviyyəsi sual-cavab üsulu ilə qiymətləndirilib. “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi maarifləndirmə tədbirləri, praktiki fəaliyyətlər və nəticələrin qiymətləndirilməsi istiqamətində uğurla davam edir.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.