Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Reuters: İran husilərə dəstəyi gücləndirir

User 24 İyul 2026 - 10:24 (Last updated: 24 İyul 2026 - 00:19)
teyyare iran

İran husilərə dəstəyi artırır. Yəmənə SEPAH komandirləri və raket avadanlığı göndərildiyi iddia olunur

İranın bir müddət əvvəl Yəmənə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini, hərbi müşavirlərini, eləcə də raket sistemləri və pilotsuz uçuş aparatları üçün avadanlıq göndərdiyi iddia edilir.

Azpost.info xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Mahan Air aviaşirkətinə məxsus təyyarə ilə Yəmənə 10-21 nəfər arasında SEPAH nümayəndəsi, o cümlədən yüksək rütbəli zabitlər göndərilib. Mənbələrin bildirdiyinə görə, Səna hava limanına endirilməsi planlaşdırılan təyyarə hava limanına endirilən zərbələrdən sonra marşrutunu dəyişərək Hudeydə şəhərinə eniş edib.

İddialara əsasən, yükün tərkibində raket silahları və pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri, həmçinin husilərin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə istifadə olunacağı ehtimal edilən qızıl da olub.

Reuters qeyd edir ki, bu addım İranın husilərə dəstəyini daha da gücləndirmək cəhdi kimi qiymətləndirilir. Husilər artıq on ildən çoxdur ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə qarşı silahlı mübarizə aparırlar.

Qruplaşma bu müddət ərzində dəfələrlə Fars körfəzi ölkələrinə, eləcə də Qırmızı dənizdən keçən ticarət gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

İran Xarici İşlər Nazirliyi yayılan məlumatlara hələlik münasibət bildirməyib. Tehran daha əvvəl dəfələrlə husilərə raket texnologiyası və hərbi dəstək verdiyi barədə iddiaları təkzib edib.

AzPost.az

Post navigation

Previous: ABŞ-də sorğu: Trampın İran siyasətinə dəstək azalır
Next: ChatGPT psixoloqu əvəz edə bilərmi?

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.