Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-də sorğu: Trampın İran siyasətinə dəstək azalır

User 24 İyul 2026 - 10:17 (Last updated: 24 İyul 2026 - 00:16)
tramp kursude

ABŞ-da keçirilən yeni ictimai rəy sorğusu Prezident Donald Trampın İran siyasətinə münasibətdə cəmiyyətdə narazılığın artdığını göstərib.

Azpost.info xəbər verir ki, Daily Mail/JL Partners tərəfindən aparılan sorğunun nəticələrinə görə, amerikalıların yalnız 32 faizi Ağ Evin İran istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyir.

Respondentlərin 49 faizi isə İrana qarşı hərbi əməliyyatların başlanmasını ciddi səhv hesab edir.

Sorğu göstərir ki, Donald Trampın ümumi fəaliyyət reytinqi də geriləyərək 44 faizə enib. Eyni zamanda, hərbi əməliyyatların genişləndirilməsi ideyası da cəmiyyətdə geniş dəstək qazanmır. Güc tətbiqinin əleyhdarları tərəfdarlarından daha çoxdur.

Maraqlıdır ki, Trampın öz seçiciləri arasında da fikir ayrılığı yaranıb. Onların təxminən 21 faizi İranla bağlı hərbi müdaxiləni səhv qərar adlandırıb. Bununla belə, seçicilərin əksəriyyəti hələ də prezidentə dəstəyini saxlayır.

Sorğu iştirakçılarının əhəmiyyətli hissəsi münaqişənin tezliklə başa çatacağına inanmır. Respondentlərin üçdə biri qarşıdurmanın nə vaxt bitəcəyini proqnozlaşdıra bilməyib, dörddə biri isə bunun ən azı bir il davam edəcəyini düşünür.

Araşdırmaya əsasən, amerikalılar Yaxın Şərqdə gərginliyin artmasına görə məsuliyyəti daha çox ABŞ prezidentinin üzərinə qoyurlar. Eyni zamanda, respondentlər İranın kritik infrastrukturuna qarşı zərbələrin genişləndirilməsi ideyasına da skeptik yanaşırlar.

Bu arada, Pentaqon İordaniyada baş vermiş hücum nəticəsində hərbçilərin itkilərinin gizlədilməsi ilə bağlı iddiaları təkzib edib. Donald Tramp isə həlak olan amerikalı hərbçilərə görə Tehranın sərt cavabla üzləşəcəyini bəyan edib və hərbi rəhbərliyə əməliyyatların genişləndirilməsi ilə bağlı göstəriş verib.

Hazırda Yaxın Şərqdə hərbi əməliyyatlar davam edir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran hədəflərinə zərbələr endirir, Tehran isə raket və pilotsuz uçuş aparatları ilə cavab verir. Qətər və Pakistanın vasitəçiliyi ilə 10 günlük atəşkəs təşəbbüsləri irəli sürülsə də, hələlik nəticə verməyib.

N.Talıbov

AzPost.az

Post navigation

Previous: USB kabeli seçərkən bu səhvi etməyin
Next: Reuters: İran husilərə dəstəyi gücləndirir

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.