Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi– Tanınmış şirkət rəhbərləri də siyahıda

Sankisya
Sankisya

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək bir sıra fiziki şəxsləri də məhdudiyyətlərə məruz qoyub.

Azpost.info xəbər verir ki, bu barədə qərarlar Avropa İttifaqı Şurasının sənədlərində və Aİ-nin rəsmi jurnalında dərc olunub.

Yeni sanksiyalar çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin cinayətləri üzrə Beynəlxalq Tribunalın sədri Maksim Qriqoryev siyahıya daxil edilib.

Bundan başqa, Rusiya ordusu üçün FPV tipli pilotsuz uçuş aparatları istehsal edən “Piranya” Xüsusi Konstruktor Bürosunun təsisçiləri Olqa Korçagina və Pavel Çernışov da sanksiyalara məruz qalıblar.

Aİ, həmçinin AFK “Sistema” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Vladimir Yevtuşenkov, Rusiya Mərkəzi Bankı sədrinin müavini Sergey Belov barəsində də məhdudiyyətlər tətbiq edib.

Sanksiya siyahısına “Qazprom-Media Holdinq”in baş direktoru Aleksandr Jarov və Rusiya Dəmir Yolları (RJD) şirkətinin baş direktoru Oleq Belozyorov da daxil edilib.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiya paketi çərçivəsində ümumilikdə 170 təşkilat48 fiziki şəxs məhdudiyyətlərə məruz qalıb. Bu tədbirlər Rusiyanın hərbi, maliyyə və sənaye potensialını zəiflətməyə yönəlib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.