Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İş barədə düşünmək məzuniyyəti korlayır

User 24 İyul 2026 - 10:58 (Last updated: 24 İyul 2026 - 00:40)
turist istirah

Psixoloq Tereza Espassandim bildirib ki, bir çox insan məzuniyyətə çıxsa da, bu dövrdə tam dincələ və enerjisini bərpa edə bilmir. Onun sözlərinə görə, bunun əsas səbəbi insanların işlə bağlı düşüncələrdən uzaqlaşa bilməməsidir.

Azpost.info xəbər verir ki, mütəxəssis bu barədə Sapo portalına müsahibəsində danışıb.

Psixoloqun sözlərinə görə, məzuniyyət zamanı iş barədə düşünmək, e-poçtları yoxlamaq və ya iş mesajlarına cavab vermək beynin yenidən iş rejiminə keçməsinə səbəb olur. Hətta telefona gələn bir bildiriş və ya elektron məktub belə insanın diqqətini istirahətdən yayındıra bilər.

Espassandim vurğulayıb ki, məzuniyyətin əsas məqsədi həm fiziki, həm də psixoloji cəhətdən bərpa olunmaqdır. Buna nail olmaq üçün işlə bağlı bütün məsələləri mümkün qədər kənara qoymaq vacibdir.

Onun fikrincə, işdən tam uzaqlaşmaq uzunmüddətli perspektivdə də müsbət nəticələr verir. “Məzuniyyətdən sonra insanlar işə daha yüksək diqqət, daha düzgün qərarvermə bacarığı ilə qayıdır, tapşırıqları təxirə salmağa daha az meylli olur, stressə daha davamlı davranır və iş yerində münaqişələrə daha az cəlb olunurlar”, – deyə psixoloq bildirib.

Mütəxəssis hesab edir ki, keyfiyyətli istirahət yalnız boş vaxt keçirmək deyil, həm də beynin iş yükündən tamamilə azad olması deməkdir. Buna görə də məzuniyyət zamanı iş yazışmalarını minimuma endirmək, bildirişləri söndürmək və gündəlik peşə öhdəliklərindən uzaq qalmaq tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: Qida zəhərlənməsinin ilk əlamətləri –
Next: Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Oxşar xəbərlər

1704954558_telebe1
  • Sosial

Ali məktəb və kolleclərdə vahid geyim nəzərdə tutulmur

User 02 Noyabr 2026 - 13:31
avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30

xƏBƏR

hormuz
  • Dünya

İran Hörmüz boğazını 48 saata aça bilər – ABŞ-dan hansı şərtləri tələb edir?

User 02 Noyabr 2026 - 13:51
İran Hörmüz boğazının fəaliyyətini iki gün ərzində bərpa etmək imkanını nəzərdən keçirir. Lakin bunun üçün ABŞ Tehran...
Read more about İran Hörmüz boğazını 48 saata aça bilər – ABŞ-dan hansı şərtləri tələb edir?
Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
Ali məktəb və kolleclərdə vahid geyim nəzərdə tutulmur 1704954558_telebe1
  • Sosial

Ali məktəb və kolleclərdə vahid geyim nəzərdə tutulmur

User 02 Noyabr 2026 - 13:31
Ağır zəhərlənmələrdə qanı təmizləyən yeni üsul – Hansı hallarda effektlidir? qan qrupu
  • Maraqlı

Ağır zəhərlənmələrdə qanı təmizləyən yeni üsul – Hansı hallarda effektlidir?

User 02 Noyabr 2026 - 10:46
Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər rubio
  • Dünya

Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər

User 02 Noyabr 2026 - 10:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.