Avtomobiliniz çox yanacaq sərf edir?– Sürücülərin çoxunun bilmədiyi 8 səbəb

Yanacaq qiymətlərinin artdığı dövrdə avtomobil sahiblərinin ən çox narahat olduğu məsələlərdən biri də sərfiyyatın gözlənilmədən yüksəlməsidir. Maraqlıdır ki, bunun səbəbi təkcə mühərrikdə nasazlıq olmur.

Ən geniş yayılmış səbəblərdən biri təkərlərdə hava təzyiqinin normadan aşağı olmasıdır. Cəmi 0,5 bar fərq belə yanacaq sərfiyyatını 3-5 faiz artıra bilər.

Çirkli hava filtri mühərrikə daxil olan havanı məhdudlaşdırır. Nəticədə yanacaq-hava qarışığı pozulur və avtomobil daha çox benzin və ya dizel sərf edir.

Digər vacib məqam sürücülük tərzidir. Ani sürətlənmə, kəskin əyləcləmə və yüksək dövrlərdə hərəkət yanacaq sərfini 20-30 faiz artıra bilər.

Yay aylarında kondisionerin fasiləsiz işləməsi də əlavə sərfiyyata səbəb olur. Xüsusilə şəhər daxilində bu fərq daha çox hiss edilir.

Baqajda lazımsız yüklərin daşınması da mühüm amildir. Avtomobil nə qədər ağır olarsa, mühərrik bir o qədər çox enerji sərf edəcək.

Mütəxəssislər mühərrik yağının vaxtında dəyişdirilməsini, şamların və inyektorların yoxlanılmasını, təkər təzyiqinin hər iki həftədən bir ölçülməsini məsləhət görürlər.

Avtomobilə müntəzəm texniki qulluq etmək təkcə yanacağa qənaət etmir, həm də mühərrikin ömrünü uzadır və gözlənilməz nasazlıqların qarşısını alır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.