Şəhid ailələri və əlillər üçün 3,4 milyon manatlıq mənzil tenderi ləğv edildi

Tender
Tender

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda mənzillərin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

Azpost.info xəbər verir ki, 2026/AT/02590/V3 nömrəli satınalma müsabiqəsi 22 iyul 2026-cı il tarixində ləğv olunub.

Tender çərçivəsində Saatlı rayonunda 18 ədəd üçotaqlı27 ədəd ikiotaqlı, ümumilikdə 45 mənzilin satın alınması nəzərdə tutulurdu. Satınalmanın ehtimal olunan dəyəri 3 milyon 385 min 800 manat idi.

Müsabiqə 8 iyul 2026-cı il tarixində elan edilmiş, təkliflərin qəbulu və zərflərin açılması isə 15 iyul 2026-cı il tarixinə təyin olunmuşdu.

Satınalan qurum Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsidir.

Tenderin ləğvin səbəbi barədə məlumat açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.