Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azad edilmiş ərazilərin bərpasına 6 ayda 1 milyard manat xərclənib

User 27 İyul 2026 - 11:30 (Last updated: 27 İyul 2026 - 11:30)
aqdam evler

2026-cı ilin ilk altı ayında işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə 1 milyard 64,1 milyon manat vəsait yönəldilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvar-iyun aylarında sifarişçi təşkilatlar tərəfindən təqdim edilən kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi, yəni 1 milyard 64,1 milyon manat istifadə olunub.

Xərclənən vəsaitin 974,1 milyon manatı infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Bu çərçivədə:

avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına 489,3 milyon manat;

yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisinə 371,1 milyon manat;

turizm infrastrukturunun yaradılmasına 67,6 milyon manat;

Şuşa, Xankəndi və Laçında kanat yollarının layihələndirilməsi və tikintisinə 15,9 milyon manat;

yaşayış məntəqələrinin elektrik təchizatının təmin edilməsinə 15,3 milyon manat;

magistral su xətləri, tullantı və yağış kollektorlarının layihələndirilməsi və tikintisinə 7,6 milyon manat;

sənaye parklarında infrastrukturun yaradılmasına isə 7,3 milyon manat ayrılıb.

Bundan başqa, 29,8 milyon manat səhiyyə və mədəniyyət təyinatlı sosial layihələrə, 45,3 milyon manat ərazilərin minalardan təmizlənməsi işlərinə, 14,9 milyon manat isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirlərinə sərf olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinin maliyyələşdirilməsi il ərzində təsdiq olunmuş dövlət büdcəsi çərçivəsində davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı
Next: “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi çərçivəsində təlimlər davam edir

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.