Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Elm və Təhsil Nazirliyinin 8 milyonluq tenderinin qalibi məlum oldu

User 27 İyul 2026 - 12:20 (Last updated: 27 İyul 2026 - 12:20)
Tender

Tender

Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi iri həcmli dövlət satınalmasının qalibi müəyyənləşib.

Söhbət “Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması” layihəsindən gedir.

Azpost.info bildirir ki, tenderin qalibi “TEXNO LYUKS M” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müsabiqə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən keçirilib. Tenderin ehtimal olunan dəyəri 7 milyon 998 min 388,60 manat təşkil edib.

Tender 3 iyun 2026-cı il tarixində elan olunub, təkliflərin qəbulu və zərflərin açılışı isə 3 iyul 2026-cı ildə baş tutub.

Layihə çərçivəsində ümumtəhsil məktəblərinin yüksəksürətli fiber-optik internet şəbəkəsinə qoşulması, daxili şəbəkə infrastrukturunun yaradılması və distant təhsilin texniki imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

“TEXNO LYUKS M” MMC hansı şirkətdir?

“TEXNO LYUKS M” MMC 19 oktyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin VÖEN-i 2905154871, nizamnamə kapitalı isə 50 manatdır. Hazırda şirkətin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.

Şirkət əsasən informasiya texnologiyaları, rabitə infrastrukturu və təhsil müəssisələrinin rəqəmsallaşdırılması sahəsində fəaliyyət göstərir.

Son illərdə “TEXNO LYUKS M” xüsusilə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi iri dövlət satınalmalarının daimi qaliblərindən biri kimi diqqət çəkir.

Məlumatlara görə, şirkət 2022–2026-cı illər ərzində ümumi dəyəri 44,4 milyon manatdan çox olan 9-dan artıq dövlət tenderinin qalibi olub.

Şirkətin icra etdiyi layihələr arasında məktəblərin fiber-optik internet şəbəkəsinə qoşulması, server və şəbəkə avadanlıqlarının alınması, IP telefoniya sistemlərinin qurulması, proqram təminatının tətbiqi və təhsil müəssisələrinin rəqəmsal infrastrukturunun yaradılması yer alır.

Bundan başqa, 2026-cı ildə Qarabağ Universitetinin maddi-texniki bazasının gücləndirilməsi və əlavə infrastrukturun qurulması məqsədilə də şirkətlə 7,29 milyon manat dəyərində müqavilə imzalanıb.

S.Abdulla

AzPost.az

Post navigation

Previous: Azərbaycanda alimlərin maaşları artırılacaq? –
Next: Bakıda “İpək tək səma” Kukla Biennalisinin açılış mərasimi keçiriləcək

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.