Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsi sona çatır

User 28 İyul 2026 - 07:30 (Last updated: 28 İyul 2026 - 15:37)
qht davranis

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.

Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsi idi.

Təlimlərin ilkin qiymətləndirmə mərhələsində 15 uşaq fərdi qaydada psixoloji qiymətləndirmədən keçirilib.

Qiymətləndirmə zamanı hər bir uşağın koqnitiv, emosional, davranış, nitq, sosial, ünsiyyət, diqqət, yaddaş, qavrama, təfəkkür, motor və özünəqulluq bacarıqları müşahidə və müxtəlif psixoloji tapşırıqlar vasitəsilə dəyərləndirilib.

Əldə olunan nəticələr əsasında hər bir uşaq üçün fərdi korreksiya planı hazırlanmış və inkişaf ehtiyacları müəyyən edilib.

Qiymətləndirmənin nəticələrinə əsasən uşaqlarla aşağıdakı istiqamətlər üzrə fərdi və qrup şəklində korreksiya məşğələləri keçirilib:
1. Diqqətin inkişafı
2. Yaddaşın inkişafı
3. Qavrama və idrak bacarıqları
4. Təfəkkürün inkişafı
5. Nitq və unsiyyət bacarıqları
6. Emosiyaların tanınması və idarə olunması
7. Sosial bacarıqların inkişafı
8. Xırda motorika və əl bacarıqları
9. Özünəqulluq bacarıqları
10. Özünəinam və motivasiyanın artırılması

Təlimlər başa çatdıqdan sonra uşaqlar yenidən psixoloji qiymətləndirmədən keçirilib.

Təkrar qiymətləndirmə nəticəsində uşaqların əksəriyyətində diqqət, yaddaş, qavrama, nitq, sosial ünsiyyət, emosional tənzimləmə, motor və özünəqulluq bacarıqlarında müsbət dinamika və inkişaf müşahidə edilib.

Təlimlərin sonunda uşaqların valideynləri ilə görüş keçirilib, qiymətləndirmə və korreksiya nəticələri ətraflı izah olunub.

Valideynlərə ev şəraitində davam etdirilə biləcək inkişafetdirici fəaliyyətlər, davranışın düzgün idarə olunması, ünsiyyətin artırılması, müntəzəm psixoloji dəstəyin davam etdirilməsi, təlim prosesində əməkdaşlıq və gündəlik məşqlərin tətbiqi barədə ətraflı tövsiyələr verilib.

Fotolar

AzPost.az

Post navigation

Previous: ABŞ və İran arasında gərginlik azalır –
Next: 99 milyon illik kəhrəbada unikal tapıntı

Oxşar xəbərlər

infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.