Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Saatlıda kooperativ təsərrüfatlara dəstək layihəsinin yekun tədbiri keçirilib

User 28 İyul 2026 - 10:28 (Last updated: 28 İyul 2026 - 12:02)
qht muqan

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Muğan bölgəsində kooperativ təsərrüfatlarının yaradılmasına dəstək” layihəsi çərçivəsində 24 iyul 2026-cı il tarixində Saatlı Rayon DAİM-in inzibati binasında dəyirmi masa formatında yekun tədbir keçirilib.

Tədbiri layihə rəhbəri Vidadi Quliyev açaraq iştirakçıları salamlayıb, layihənin məqsədi, görülən işlər və nəticələr barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində Saatlı rayonunun kəndlərində keçirilən maarifləndirici seminarlar torpaq sahibləri tərəfindən böyük maraqla qarşılanıb.

Layihənin eksperti A. Adilov keçirilən seminarların nəticələri, torpaq sahiblərinin təklif və problemləri barədə məlumat verərək onların həlli yolları ətrafında fikir mübadiləsi aparıb.

Saatlı Rayon DAİM-in rəhbəri Ağa müəllim 2026–2030-cu illər üçün Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramı barədə məlumat verib. O bildirib ki, kooperativ təsərrüfatlarının yaradılması istehsal xərclərini azaldacaq, məhsuldarlığı artıracaq və məhsulların bazara çıxış imkanlarını genişləndirəcək.

Ekspert qeyd edib ki, kiçik pay torpaq sahibləri aqrotexniki tələbləri təkbaşına yerinə yetirməkdə çətinlik çəkdiklərindən məhsuldarlıq aşağı olur. Kooperativ təsərrüfatlarının yaradılması isə xərclərin azalmasına və məhsuldarlığın artmasına imkan yaradır.

Dəyirmi masa zamanı kəndlərdə torpaq sahiblərinin səsləndirdiyi təkliflər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Tədbirin sonunda hazırlanmış Təkliflər paketi”nin aidiyyəti dövlət qurumlarına və KTN-ə təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, layihə torpaq sahiblərinin kooperativ təsərrüfatları barədə məlumatlılığının artırılmasına və təkliflərinin ümumiləşdirilməsinə mühüm töhfə verib.

Sonda “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi DAİM rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Fotolar

AzPost.az

Post navigation

Previous: DSMF-nin 511 min manatlıq satınalma tenderi ləğv edilib
Next: Prezident Tramp Azərbaycanla bağlı məqaləni paylaşdı

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.