DSMF-nin 511 min manatlıq satınalma tenderi ləğv edilib

Tender
Tender

“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) publik hüquqi şəxsinin maşın və avadanlıqların satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Azpost.info bildirir ki, dövlət satınalmaları portalında yer alan məlumata görə, “maşın və avadanlıqların satın alınması” adlı müsabiqənin ehtimal olunan dəyəri 511 min 70 manat 39 qəpik təşkil edib.

Tender 2026/AT/00690/V1 nömrəsi ilə 19 fevral 2026-cı il tarixində elan olunmuşdu. Təkliflərin qəbulu və zərflərin açılışı martın 17-nə təyin edilmişdi.

Bununla belə, 17 iyul 2026-cı il tarixində satınalma proseduru ləğv edilib.

Tender şəxsi ünsiyyət vasitələri və digər maşın-avadanlıqların alınmasını əhatə edirdi. Siyahıda 56 ədəd printer, 15 ədəd noutbuk, 20 komyuter dəsti, 10 planşet və skan aparatının alınması olub.

Dövlət satınalmaları portalında tenderin ləğv edilməsinin səbəbi ilə bağlı məlumat açıqlanmayıb.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.