Prezidentdən səfir təyinatları –Qazaxıstan, Tacikistan və İtaliyaya yeni səfirlər göndərildi

Prezident İlham Əliyev Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəlikləri ilə bağlı yeni sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamlarına əsasən Elxan Cahangir oğlu Qəhrəman Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub. Elçin Nəriman oğlu Hüseynli isə Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Eyni zamanda imzalanan digər sərəncamlara əsasən Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Əlimirzamin Qəvvam oğlu Əskərov isə Tacikistandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Beləliklə, son sərəncamlarla Azərbaycanın Qazaxıstan, Tacikistan və İtaliyadakı diplomatik nümayəndəliklərində kadr dəyişiklikləri həyata keçirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.