Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran Avropaya sərt xəbərdarlıq etdi –

User 29 İyul 2026 - 00:42 (Last updated: 29 İyul 2026 - 00:33)
hormuz

İran Avropa ölkələrini Hörmüz boğazına hərbi gəmilər göndərməkdən çəkindirərək sərt xəbərdarlıq edib.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, Hörmüz boğazına yaxınlaşacaq istənilən Avropa hərbi gəmisi Tehran tərəfindən qanuni hədəf hesab ediləcək.

Diplomat bu barədə İran dövlət televiziyasına müsahibəsində danışıb.

Qaribabadi bildirib ki, ABŞ və bəzi Avropa ölkələrinin strateji əhəmiyyətə malik Hörmüz boğazında sərbəst gəmiçiliyi bərpa etmək cəhdləri İran üçün qəbuledilməzdir.

O vurğulayıb ki, Tehran boğazın müharibədən əvvəlki statusuna qaytarılmasına razı olmayacaq: “Əgər Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətinə qayıtsa, bizim müharibədə qazandığımız qələbə tam hesab edilə bilməz”.

Nazir müavini əlavə edib ki, Hörmüz boğazına nəzarət İran üçün yeni müdafiə imkanına və milli təhlükəsizliyin mühüm elementinə çevrilib.

Qeyd edək ki, dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçir. ABŞ və müttəfiqləri bu strateji su yolunda sərbəst gəmiçiliyin bərpasını dəstəkləsələr də, İran bölgəyə nəzarət hüququnda israrlıdır.

AzPost.az

Post navigation

Previous: İraq Türkiyəyə neft ixracını 1 milyon barelə çatdırmağa hazırlaşır
Next: Trampın xüsusi nümayəndəsi və kürəkəni Rusiyaya səfər edə bilər

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti  xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Noyabrın 1-nə olan hava proqnozu
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.