Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna və İrandakı münaqişələr qlobal müharibəyə çevrilə bilər –

User 29 İyul 2026 - 13:44 (Last updated: 29 İyul 2026 - 13:44)
iran muharibe xerite

Ukrayna, Yaxın Şərq və Asiya regionunda davam edən silahlı qarşıdurmalar hələlik bir-birindən müstəqil şəkildə inkişaf etsə də, onların vahid qlobal münaqişəyə çevrilməsi riski artır.

AZPOST xəbər verir ki, bu qənaətə Financial Times qəzetinin köşə yazarı Gideon Raxman gəlib.

Müəllifin fikrincə, bu narahatlığı artıran əsas hadisələrdən biri Xəzər dənizində baş verdiyi bildirilən insidentdir. Məqalədə qeyd olunur ki, Ukrayna qüvvələrinin Rusiya ordusuna yük daşıyan hərbi gəmilərə zərbə endirməsi nəticəsində İran vətəndaşı olan bir dənizçi həlak olub. Raxman bunu Kiyev və Tehran arasında ilk birbaşa toqquşma kimi qiymətləndirir.

Analitik xatırladır ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Şimali Koreya hərbçilərinin müharibəyə cəlb olunmasını “dünya müharibəsinə aparan ilk addım” adlandırmışdı. Onun fikrincə, İranla bağlı son hadisələr eskalasiyanın növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Məqalədə bildirilir ki, Rusiya, Çin, İran və Şimali Koreya arasında artan əməkdaşlıq Qərbdə “rəqiblər oxu”nun formalaşması ilə bağlı narahatlığı gücləndirib. Müəllif hesab edir ki, bu ölkələri ABŞ-ın qlobal təsirini zəiflətmək və öz regionlarında dominant mövqe qazanmaq məqsədi birləşdirir.

Raxmanın fikrincə, Qərb daxilindəki fikir ayrılıqları, ABŞ siyasətindəki qeyri-müəyyənlik və İsrailin beynəlxalq təcridi vahid cavab strategiyasının formalaşdırılmasını çətinləşdirir.

Məqalədə həmçinin qeyd olunur ki, Ukraynanın İranla bağlı addımlarının məqsədi yalnız pilotsuz uçuş aparatlarının tədarükünə cavab vermək deyil, həm də İranın sanksiyalardan yayınmasına kömək edən logistika və enerji marşrutlarına zərbə vurmaq, eyni zamanda Vaşinqtona Moskva ilə Tehran arasındakı hərbi əməkdaşlığı nümayiş etdirməkdir.

Gideon Raxman vurğulayır ki, Rusiya, Çin, İran və Şimali Koreya arasında rəsmi hərbi ittifaq olmasa da, onların koordinasiyalı fəaliyyəti beynəlxalq təhlükəsizlik üçün ciddi risk yaradır. Onun qənaətincə, xüsusilə Çinlə ABŞ arasında geosiyasi rəqabətin dərinləşməsi gələcəkdə daha genişmiqyaslı qarşıdurmalara səbəb ola bilər.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda 220 minə yaxın əcnəbi yaşayır
Next: ABŞ dəniz piyadaları Hörmüz boğazını tərk etdi

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.