Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

UEFA FIFA ilə bağlı yeni bəyanat yayıb

User 29 İyul 2026 - 20:25
UEFA

UEFA

UEFA FIFA-nı dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planları ilə bağlı növbəti dəfə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Avropa futbol qurumunun yaydığı bəyanatda FIFA-nın milli futbol assosiasiyalarına sözügedən təklifləri dəstəkləmək üçün son tarix müəyyənləşdirməsinə münasibət bildirib.

“Bu gün biz FIFA-nın assosiasiyalara öz təkliflərini dəstəkləmək və ya birdəfəlik ödəniş təklifinin geri götürülməsi ilə bağlı müəyyən etdiyi son tarixdən xəbər tutduq. Bu, sözügedən plan haqqında bilməli olduğunuz hər şeyi göstərir”, – deyə UEFA-nın bəyanatında qeyd olunub.

Bildirilib ki, futbol ictimaiyyətinin müxtəlif nümayəndələri ilə aparılan müzakirələr FIFA-nın bu təşəbbüsünə qarşı ciddi və getdikcə artan narazılığın olduğunu göstərir: “Futbolun inkişafı bütün tərəflərin – milli assosiasiyaların, klubların, liqaların, futbolçuların və azarkeşlərin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. FIFA futbolumuzdan özünü və dostlarını zənginləşdirmək üçün istifadəyə davam edə bilməz. Biz futbolu düzgün şəkildə inkişaf etdirə bilərik. İndi əsas diqqəti assosiasiyalara, klublara, liqalara, futbolçulara və azarkeşlərə yönəltməyin vaxtıdır”.

Qeyd edək ki, daha əvvəl UEFA FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara təqdim edilməsi ilə bağlı mümkün planlarını tənqid etmişdi. Avropa futbol qurumu hesab edir ki, futbolun idarəetmə modeli və dəyərləri yalnız kommersiya maraqları üzərində qurulmamalıdır.

AzPost.az

Post navigation

Previous: İsa Qəmbər azad olunmuş Qarabağa gedib -FOTO
Next: Arıqlamaq istəyənlər üçün axşam yeməyinin ən yaxşı vaxtı açıqlandı

Oxşar xəbərlər

ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.