Müsavat Partiyasının başqanı İsa Qəmbər azad edilmiş torpaqlara səfər edib.
Azpost.info bildirir ki, bu barədə Divanın üzvü Mustafa Hacıbəyli məlumat verib.
İsa Qəmbəri partiya rəhbərliyində təmsil olunan Arif Hacılı, Gülağa Aslanlı, Razim Əmiraslanli , Cəmaləddin Heybət, Azər Şükür, Elxan Mehdi müşaiyət edib.
Onlar Hadrutda olub daha sonra Füzuli rayonuna gediblər. Daha sonra məşhur Azıx mağarasına baxıblar.
Qeyd edək ki, Milli Məclisin sabiq sədri İsa Qəmbər 1993-cü ildə Füzulinin müdafiəsinin təşkilinə rəhbərlik edib.

