“Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC yaradılıb- FƏRMAN

Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılır.

Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mümkünsə, qucaqlaşmağı, öpüşməyi təxirə salaq”

Sonrakı məqalə

ÜST nümayəndə heyəti Azərbaycana səfər edəcək