Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan İran təhlükəsinə qarşı hava müdafiəsini gücləndirir –

User 31 İyul 2026 - 20:49 (Last updated: 31 İyul 2026 - 20:49)
teyyare herbi az

İran ətrafında yaranan hərbi gərginlik və son İran-İsrail müharibəsinin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanlarını daha da gücləndirməsinə səbəb olub.

Bu barədə “Forbes” jurnalında dərc olunan məqalədə bildirilir.

Nəşr qeyd edir ki, Azərbaycan son illərdə hava məkanının qorunması istiqamətində mühüm addımlar atıb. Bu çərçivədə ölkə Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block III” çoxməqsədli qırıcı təyyarəsini silahlanmaya qəbul edib.

Məqalədə vurğulanır ki, müasir radar sistemləri və uzaqmənzilli “hava-hava” raketləri ilə təchiz olunan bu qırıcılar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

“Forbes” yazır ki, Bakı bununla kifayətlənmir. Azərbaycan İsrail, Türkiyə və Çin istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri, radarlar və digər hərbi vasitələr hesabına çoxqatlı hava müdafiə şəbəkəsi formalaşdırır.

Nəşrin fikrincə, İran-İsrail müharibəsi pilotsuz uçuş aparatlarının, qanadlı və ballistik raketlərin yaratdığı təhlükəni bir daha nümayiş etdirib. Azərbaycan da bu təcrübəni nəzərə alaraq hava məkanının müdafiəsini daha da gücləndirmək qərarına gəlib.

Jurnal Azərbaycanın İranla uzun dövlət sərhədinə malik olduğunu xatırladaraq bildirir ki, regionda təhlükəsizlik risklərinin artdığı bir vaxtda etibarlı hava müdafiəsinin təmin edilməsi ölkənin əsas prioritetlərindən birinə çevrilib.

Məqalə müəllifi hesab edir ki, yeni nəsil qırıcıların və müasir HHM sistemlərinin istismara verilməsi Azərbaycanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

“Forbes”in qənaətinə görə, həyata keçirilən modernizasiya Azərbaycanın Cənubi Qafqazda ən güclü hava müdafiə şəbəkələrindən birinə malik olmasına mühüm töhfə verəcək.

AzPost.az

Post navigation

Previous: Rusiya Azərbaycan istiqamətində yükdaşımaları üçün tarifləri 50% endirdi
Next: “Veloreabilitasiya” layihəsinin Final Yarış günü həyata keçirilib

Oxşar xəbərlər

erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52

xƏBƏR

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib....
Read more about İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.