Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İnsan ən çox neçə il yaşaya bilər? –

User 01 Avqust 2026 - 21:28 (Last updated: 01 Avqust 2026 - 21:28)
qoca efv

İnsan ömrünün təbii həddi ilə bağlı uzun illərdir davam edən müzakirələrə alimlər yeni cavab veriblər. Araşdırmaya görə, sağlam həyat tərzi keçirən insanın tibbi müdaxilə olmadan çata biləcəyi maksimum yaş təxminən 115 ildir.

Nəticə Niderlandın Tilburg Universiteti və Erasmus Rotterdam Universiteti alimlərinin apardığı araşdırmaya əsaslanır. Tədqiqat çərçivəsində 2017-ci ilə qədərki 30 il ərzində vəfat etmiş 75 mindən çox insanın məlumatı təhlil edilib.

Araşdırmaya əsasən, əlverişli şəraitdə qadınların maksimal ömür həddi 115,7 il, kişilərdə isə 114,1 il hesab olunur. Alimlər bildirirlər ki, 90 yaşdan yuxarı insanlar kifayət qədər çox olsa da, 115 yaş həddini keçmək olduqca nadir hallarda baş verir.

Rekord hələ də dəyişməyib

Tarixdə ən uzun ömür sürmüş insan kimi Jeanne Louise Calment tanınır. O, 122 il 164 gün yaşayıb və bu rekord bu günə qədər yenilənməyib.

Fransız uzunömürlü 1875-ci ildə anadan olub, 1997-ci ildə vəfat edib. O, iki dünya müharibəsini, telefonun və avtomobilin geniş yayılmasını, eləcə də bir çox tarixi hadisələri görən nadir insanlardan biri olub.

Məlumatlara görə, Kalmanın uzunömürlülüyündə sakit həyat tərzi, fiziki aktivlik və balanslı qidalanmanın rolu olub. O, üzgüçülük, tennis, velosiped sürmə və konkisürmə ilə məşğul olub, 85 yaşında isə qılıncoynatmaya başlayıb.

Maraqlıdır ki, o, zeytun yağından həm qidalanmada, həm də dəriyə qulluqda istifadə edir, eyni zamanda 115 yaşına qədər siqaret çəkir və ara-sıra bir qədəh şərab içirdi. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu vərdişlər uzunömürlülüyün səbəbi kimi qiymətləndirilə bilməz və hər bir insanın genetik xüsusiyyətləri fərqlidir.

Alimlərin fikrincə, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, normal çəki, keyfiyyətli yuxu və xroniki xəstəliklərə nəzarət ömrün uzanmasına kömək etsə də, insan ömrünün bioloji həddi təxminən 115 il olaraq qalır.

AzPost.az

Post navigation

Previous: Keçmiş kənd təsərrüfatı naziri İsveçrədə vəfat edib
Next: Tramp İrana hücumu ləğv etdi –

Oxşar xəbərlər

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
oturaq isler
  • Maraqlı

Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?

User 01 Noyabr 2026 - 17:00
video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.