Tramp İrana hücumu ləğv etdi –ABŞ prezidentindən gözlənilməz qərar

ABŞ Prezidenti Donald Trump İrana planlaşdırılan hərbi hücumun ləğv edildiyini açıqlayıb.

ABŞ lideri bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə və zərbə potensialı ilə İrana qarşı əməliyyata tam hazır vəziyyətdə olub.

“ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə, güc və zərbə potensialı ilə İrana qarşı hərəkətə keçməyə tam hazır vəziyyətdədir”-deyə o vurğulayıb.

Onun sözlərinə görə, İran və digər Yaxın Şərq ölkələri Vaşinqtondan hərbi əməliyyatı təxirə salmağı xahiş ediblər. Tramp qeyd edib ki, buna səbəb tərəflər arasında mümkün razılaşmanın əsas konturları üzrə anlaşmanın əldə olunmasıdır.

ABŞ Prezidenti bildirib ki, nəzərdə tutulan razılaşma Hörmüz boğazı üzərindən gəmiçiliyin dərhal, tam və qeyd-şərtsiz bərpasını, eləcə də İranın nüvə təhdidinin aradan qaldırılmasını ehtiva edir.

“Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı və eyni zamanda uğurlu və firavan İran naminə, qısa müddətdə razılaşma əldə etmək mümkün olacağı təqdirdə, hücumu ləğv etməyə razılıq vermişəm”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, İsrail də bu öhdəliyə qoşulub və tərəfləri razılaşmanın yekunlaşdırılması üçün işi sürətlə başa çatdırmağa çağırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.