Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

OPEC+ neft hasilatını artırır

User 02 Avqust 2026 - 18:34
opek

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin daxil olduğu OPEC+ qrupu sentyabr ayından etibarən neft hasilatını artırmaq barədə razılığa gəlib.

OPEC-in yaydığı bəyanata görə, qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələrinin qlobal neft bazarındakı vəziyyəti və proqnozları müzakirə etdikləri onlayn iclasdan sonra qəbul edilib.

Bildirilib ki, bazarda sabitliyin qorunması və 2023-cü ilin aprelində elan edilmiş könüllü hasilat məhdudiyyətlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində sentyabr ayından ümumi neft hasilatı gündəlik 188 min barrel artırılacaq.

Qərara əsasən, ən böyük hasilat artımı Səudiyyə Ərəbistanı və Rusiyanın payına düşəcək. Hər iki ölkə gündəlik neft hasilatını 62 min barrel artıracaq.

Digər ölkələr üzrə artım isə belə olacaq:

  • İraq – gündəlik 26 min barrel;
  • Küveyt – 16 min barrel;
  • Qazaxıstan – 10 min barrel;
  • Əlcəzair – 6 min barrel;
  • Oman – 5 min barrel.

OPEC+ bildirib ki, hasilat siyasəti bazardakı vəziyyətdən asılı olaraq yenidən nəzərdən keçirilə bilər. Qrupun növbəti iclasının sentyabrın 6-da keçirilməsi planlaşdırılır.

Analitiklərin fikrincə, OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı qlobal bazarda təklifin genişlənməsinə səbəb ola bilər. Bunun neft qiymətlərinə təsiri isə dünya iqtisadiyyatındakı vəziyyət, tələbatın səviyyəsi və geosiyasi proseslərdən asılı olacaq.

AzPost.az

Post navigation

Previous: Məsuliyyətsiz insanları tanıdan 6 cümlə –
Next: Xoşbəxtlik hormonunun 90%-i bu orqanda istehsal olunur –

Oxşar xəbərlər

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.