Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“iPhone 17 Pro” ən baha bu ölkədə satılır

User 02 Avqust 2026 - 20:55 (Last updated: 02 Avqust 2026 - 20:55)
ayfon 17

“Apple” şirkətinin istehsal etdiyi “iPhone 17 Pro” (256 GB) modelinin ən yüksək qiymətə satıldığı ölkə Türkiyə, ən ucuz satıldığı ölkə isə Yaponiya olub.

AzPost xəbər verir ki, bu barədə “Deutsche Bank”ın 41 ölkəni əhatə edən araşdırmasında bildirilir.

Araşdırmaya əsasən, telefonun istehsal olunduğu ABŞ-də “iPhone 17 Pro”nun satış qiyməti 1 181 dollar təşkil etdiyi halda, eyni model Türkiyədə 2 592 dollara satılır. Bu da ABŞ-dəki qiymətdən təxminən 2,2 dəfə çoxdur.

Reytinqdə ikinci yerdə Braziliya (2 260 dollar), üçüncü yerdə isə Misir (1 872 dollar) qərarlaşıb.

Siyahının son pilləsində isə Yaponiya yer alıb. Burada “iPhone 17 Pro” (256 GB) modelinin qiyməti 1 121 dollar təşkil edir. Bununla da Yaponiya araşdırmada ABŞ-dən daha ucuz qiymətə “iPhone” satılan yeganə ölkə kimi göstərilib.

Araşdırmada qeyd olunur ki, ölkələr arasında qiymət fərqləri əsasən əlavə dəyər vergisi (ƏDV), idxal rüsumları, xüsusi istehlak vergiləri, qeydiyyat ödənişləri və valyuta məzənnələrinin təsiri ilə formalaşır.

Xüsusilə Türkiyədə smartfonlara tətbiq olunan 20 faizlik ƏDV, yüksək xüsusi istehlak vergisi və cihazların qeydiyyat rüsumları son satış qiymətini əhəmiyyətli dərəcədə artırır.

Yaponiyada isə 10 faizlik istehlak vergisi, bazardakı güclü rəqabət və “Apple”ın uzunmüddətli qiymət strategiyası sayəsində cihaz daha münasib qiymətə təklif olunur.

Azərbaycan ilk üçlükdə ola bilər

Azərbaycan “Deutsche Bank”ın araşdırmasına daxil edilməsə də, hazırda ölkədə “iPhone 17 Pro” (256 GB) modelinin orta pərakəndə satış qiyməti təxminən 3 290 manat və ya 1 935 dollar təşkil edir.

Bu göstərici əsasında hesablandıqda, Azərbaycan Türkiyə və Braziliyadan sonra “iPhone 17 Pro”nun ən baha satıldığı ölkələrdən biri hesab oluna bilər.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda da cihazların qiymətinə rəsmi idxal xərcləri, vergi və logistika xərcləri, eləcə də satış şəbəkələrinin qiymət siyasəti təsir göstərir. Bu səbəbdən eyni model müxtəlif ölkələrdə yüzlərlə dollar fərqlə satışa çıxarılır.

AzPost.az

Post navigation

Previous: Azərbaycan HHQ Türkiyənin yeni hərbi sistemini aldı
Next: Güləşçilərimiz dünya çempionatını 7 medalla başa vurublar

Oxşar xəbərlər

vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05

xƏBƏR

urek
  • Maraqlı

Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi

User 02 Noyabr 2026 - 10:05
Ürəyin dayanması heç də həmişə beyin fəaliyyətinin dərhal sona çatması demək deyil. Yeni araşdırma göstərib ki, bəzi...
Read more about Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi
“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP tramp cixis
  • Dünya

“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP

User 02 Noyabr 2026 - 09:53
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.