Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Ford rəhbəri-

User 03 Avqust 2026 - 09:00 (Last updated: 03 Avqust 2026 - 08:03)
ford rehber0

Ford Motor Company şirkətinin baş direktoru Cim Farli bildirib ki, mövcud ticarət məhdudiyyətlərinə baxmayaraq, Çin avtomobil istehsalçıları yaxın 5–10 il ərzində ABŞ bazarına daxil olacaqlar.

Bu barədə Jalopnik nəşri məlumat yayıb.

Şirkət əməkdaşları ilə keçirilən görüşdə iştirak edən mənbələrin sözlərinə görə, Farli Çin avtomobil markalarının ABŞ bazarında peyda olmasını demək olar ki, qaçılmaz hesab edir. Onun fikrincə, bu prosesin daha çox həmin müddətin sonlarına yaxın baş verməsi ehtimal olunur.

Hazırda Çin elektromobil istehsalçıları ABŞ-yə qonşu ölkələrin, o cümlədən Meksikanın avtomobil bazarında mövqelərini gücləndirirlər. Ekspertlər isə Kanadanı ABŞ bazarına çıxışdan əvvəl mümkün “sınaq meydançası” kimi qiymətləndirirlər.

Hazırda ABŞ-də Çin istehsalı olan elektromobillərin satışı ciddi şəkildə məhdudlaşdırılıb. Belə ki, bu avtomobillərə əlavə 100 faizlik gömrük rüsumu tətbiq olunur. Bundan başqa, internetə qoşulan avtomobillərdə Çin istehsalı olan proqram təminatı və avadanlıqların istifadəsinə də qadağalar mövcuddur.

Artan rəqabət fonunda Ford Çin istehsalı modellərlə qiymət və səmərəlilik baxımından rəqabət apara biləcək daha münasib qiymətli elektromobil seriyası hazırlayır.

AzPost.az

Post navigation

Previous: 7 rəqəmi ona uğur gətirdi –
Next: Sizi təhqir edirlər? –

Oxşar xəbərlər

pul
  • İqtisadiyyat

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq

User 05 Noyabr 2026 - 15:15
pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 05 Noyabr 2026 - 09:27

xƏBƏR

gemi
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00
Helsinki Rayon Məhkəməsi “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkonu 3 il 6 ay, həmin gəminin...
Read more about Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır neft kemer
  • Baş Yazı

Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır

User 05 Noyabr 2026 - 16:52
Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib raket rus
  • Dünya

Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib

User 05 Noyabr 2026 - 16:42
Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.