Səhər necə başladığınız gün ərzində həm enerjinizə, həm də sağlamlığınıza təsir edir. Həkimlərin sözlərinə görə, insanların əksəriyyəti oyandıqdan sonra ilk dəqiqələrdə fərqinə varmadan orqanizmə zərər verən vərdişlərə yol verir.
1. Yataqdan qəfil qalxmaq
Yuxu zamanı qan dövranı və təzyiq nisbətən aşağı olur. Qəfil ayağa qalxmaq başgicəllənmə və təzyiq enməsinə səbəb ola bilər. Mütəxəssislər əvvəlcə bir neçə saniyə oturmağı, sonra ayağa qalxmağı tövsiyə edirlər.
2. İlk iş telefona baxmaq
Səhər oyanan kimi telefondakı xəbərlər, mesajlar və sosial şəbəkələrə baxmaq beynin stress hormonlarını artırır. Bu isə günün ilk saatlarında gərginlik yarada bilər.
3. Su içməməklə günə başlamaq
Gecə boyunca orqanizm maye itirir. Səhər bir stəkan adi su içmək maddələr mübadiləsinin aktivləşməsinə və həzm sisteminin işinə kömək edir.
4. Pəncərəni açmamaq
Yataq otağında gecə ərzində karbon qazının miqdarı artır. Otağın havalandırılması beyinə daha çox oksigen çatmasına kömək edir.
5. Səhər yeməyini ötürmək
Səhər yeməyindən imtina edən insanlarda gün ərzində həddindən artıq qida qəbulu və enerji çatışmazlığı daha çox müşahidə olunur.
Həkimlər hesab edirlər ki, səhərin ilk 10 dəqiqəsində formalaşan düzgün vərdişlər ürək-damar sağlamlığına, diqqətə və ümumi həyat keyfiyyətinə müsbət təsir göstərir.
Sunay Aydın