Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Bakı–Tbilisi qatarı ilə bağlı mühüm yenilik-

User 03 Avqust 2026 - 16:02
baki tbilisi qatar

Azərbaycan və Gürcüstan arasında sərnişin daşımalarının genişləndirilməsi istiqamətində yeni addım atılır. Bakı–Tbilisi marşrutu üzrə əlavə sərnişin reysinin təşkili ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Azpost.info xəbər verir ki, məsələ Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə bildirilib ki, yeni reysin təşkili çərçivəsində sərnişinlərin rahatlığının artırılması üçün sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirilməsi əsas prioritetlərdən biridir.

Tərəflər həmçinin beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, sərhəd keçidlərinin sürətləndirilməsi və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə rəqəmsal həllərin tətbiqi də əsas mövzulardan biri olub. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsinin genişləndirilməsi, eləcə də gömrük orqanlarının informasiya sistemlərinin inteqrasiyası ilə bağlı qərarlar qəbul edilib.

Bundan başqa, yük qatarlarının hərəkətinin sürətləndirilməsi məqsədilə vaqonlara texniki baxış prosedurlarının optimallaşdırılması barədə razılıq əldə olunub. Yeni yanaşmaya əsasən, təkrarlanan texniki baxışlar ləğv ediləcək və bu dəyişiklik sərhəddən keçid müddətini iki dəfə azaltmağa imkan verəcək.

ADY bildirir ki, son illər Böyük-Kəsik istiqamətində həyata keçirilən infrastruktur layihələri nəticəsində sərhəd keçid məntəqəsinin ötürücülük qabiliyyəti artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib və rəqəmsal idarəetmə sistemləri tətbiq olunub.

Yeni qərarların həm Bakı–Tbilisi sərnişin daşımalarının inkişafına, həm də Orta Dəhliz üzrə beynəlxalq yükdaşımaların daha çevik həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

AzPost.az

Post navigation

Previous: SEPAH Hörmüz boğazı üzərində MQ-9 PUA-sının vurulduğunu bildirir
Next: “Kartdan-karta məhdudiyyət insanları yenidən nağd pula qaytaracaq” –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib....
Read more about İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.